23:53 15 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0254
  • EUR1.9274
Donald Trampın milli təhlükəsizlik üzrə müşaviri Con Bolton

ABŞ İranı sərt təhdid etdi: Qiyamət qopacaq

© REUTERS / Darren Ornit
DÜNYA
Qısa URL
91 0 0

ABŞ prezidenti Donald Trampın milli təhlükəsizlik üzrə müşaviri Con Bolton İrana çox sərt xəbərdarlıq edib

BAKI, 26 sentyabr — Sputnik. ABŞ prezidenti Donald Trampın milli təhlükəsizlik üzrə müşaviri Con Bolton İrana çox sərt xəbərdarlıq edib.

Sputnik Azərbaycan "Haber7"ə istinadla xəbər verir ki, Bolton, Tehran rəhbərliyinə ABŞ-a, vətəndaşlarına və ya müttəfiqlərinə bir zərər gələcəyi təqdirdə qiyamətin qopacağını deyib.

O, bildirib ki, Tehrandakı molla rejimi yalana, hiyləyə və aldatmağa davam etsə, nəticəsini ciddi şəkildə görəcək: "Əgər ABŞ-a, müttəfiqlərimizə və tərəfdaşlarımıza problem yaratsanız, qiyamət qopar. Açıq bir mesaj verirəm. Sizi izləyirik!"

ABŞ, 2015-ci ildə İranla imzalanan nüvə müqaviləsindən bu il imtina edib və İrana yeni sanksiyalar tətbiq edib. Noyabr ayında isə sanksiyaların ikinci hissəsi həyata keçiriləcək.

Tehran rəhbərliyi isə Əhvaz şəhərində həftə sonu baş verən hücumdan sonra ABŞ-ı hədəf alıb. İnqilab Mühafizəçiləri hücumun ardından amansız və unudulmaz intiqam alacaqlarını bildiriblər.

Əlaqədar

İran prezidenti: Cavabımız çox ağır olacaq
Politoloq: “İran gec-tez güzəştə getməyə məcbur qalacaq”
İran qonşu ölkənin ərazisinə raket zərbəsi endirdi
İran prezidenti Donald Trampın sirrini açdı: "Hər gün..."
Teqlər:
xəbərdarlıq, İran, Con Bolton, ABŞ prezidenti Donald Tramp

Əsas mövzular