09:53 14 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0250
  • EUR1.9190
Vladimir Putin

Uşakov Putinin Ermənistan səfəri müəmmasından danışdı

© Sputnik / Mikhail Klimentyev
DÜNYA
Qısa URL
27301

Prezidentin köməkçisi dəqiq vaxt barədə, hələlik danışıqlar olmadığını deyib

BAKI, 26 sentyabr — Sputnik. Rusiya prezidenti Vladimir Putinin Ermənistana səfəri müzakirə olunub, amma səfərin bu il reallaşacağı inandırıcı deyil. Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov deyib.

“Həqiqətən də, bizim prezidentin Ermənistana səfəri müzakirə edilib. Ancaq dəqiq vaxt barədə hələlik danışıqlar getmir” – Uşakov bildirib.

“Prezidentlər Düşənbədə keçiriləcək MDB sammitində, eləcə də, Astanadakı KTMT sessiyasında görüşəcəklər. Bundan başqa, liderlər Moskvada keçirilməsi planlaşdırılan Avrasiya İqtisadi Birliyinin sammiti çərçivəsində görüşə bilərlər. Ancaq Ermənistana səfər tarixi, hələlik müzakirə edilməyib”, — o əlavə edib.

Teqlər:
Yuri Uşakov, Rusiya prezidenti Vladimir Putin, Ermənistan, səfər, açıqlama

Əsas mövzular