Uşaq meydançasında narkotik maddə gizlədən həbs edildi

© Sputnik / Anton DenisovUşaq meydançası, arxiv şəkli
Uşaq meydançası, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
40 gün aparılan əməliyyat –axtarış zamanı Foça məhəlləsində həmin şəxs saxlanılıb.

BAKI, 25 sentyabr — Sputnik. Türkiyədə polis işçiləri narkotiklərə qarşı reyd zamanı maraqlı fakt aşkar ediblər. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, polis küçədə, məktəb ərazisində narkotik satanlara qarşı əməliyyat keçirib.

Polislər A.E-nin universitet və lisey tələbələrinə narkotik satdığını öyrənib. 40 gün aparılan əməliyyat-axtarış zamanı həmin şəxs saxlanılıb.

A.E-nin evindən 18 qram marixuana, 500 milli qram uyuşdurucu maddə, uşaq meydançasında 47 qram marixuana, 20  qram uyuşdurucu maddə, yaxınlıqdakı hotelin qarşısında olan otluqdan 295 qram marixuana tapılıb.

Xəbər lenti
0