Məzarını qazdırdı, 4 ay sonra öldü

© Photo : SABAHTürkiyəli aktyor Yakub Yavru özü üçün qazdırdığı məzarın kənarında oturub. 3 may 2018-ci il
Türkiyəli aktyor Yakub Yavru özü üçün qazdırdığı məzarın kənarında oturub. 3 may 2018-ci il - Sputnik Azərbaycan
Abunə olmaq
66 yaşlı aktyorun həkimlərin səylərinə baxmayaraq həyatını qurtarmaq mümkün olmayıb

BAKI, 25 sentyabr — Sputnik. Türkiyənin məşhur aktyoru Yakub Yavru vəfat edib. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor Adana Film festivalı zamanı hoteldə ürək tutmasından dünyasını dəyişib. 66 yaşlı aktyorun həkimlərin səylərinə baxmayaraq həyatını qurtarmaq mümkün olmayıb.

Maraqlısı isə aktyorun öləcəyini bilməsidir. Belə ki, 3 may tarixində aktyor 35 min lirə (9700 manat) xərcləyərək özü üçün qəbir qazdırıb. Aktyor öz məzarına baxaraq bunu demişdi: "Yerimi çox bəyəndim. Ölmək istədim. Özüm üçün xeyirli bir əməl etdiyimi düşünürəm".

O, məzarı hazırladıqdan 4 ay sonra vəfat edib.

Xəbər lenti
0