İŞİD yeni "Xilafət" yaradır, amma bu dəfə məkan Yaxın Şərq deyil

© Sputnik / Mokhamad MarufİŞİD
İŞİD - Sputnik Azərbaycan
Abunə olmaq
İŞİD-in planları uzunmüddətli xarakter daşıyır və bütün Mərkəzi Asiya regionuna təhdiddir

BAKI, 25 sentyabr — Sputnik. İraq və Şam İslam Dövləti (İŞİD) terror təşkilatı Mərkəzi Asiyada "Xilafət" yaratmaq istəyir və artıq daha əvvəl yaradılan hücrələri – "camaatları" aktivləşdirib. Sputnik Azərbaycan Rusiya KİV-nə istinadən xəbər verir ki, bunu MDB anti-terror mərkəzinin rəhbəri Andrey Novikov "İssık-Kul – Anti-terror – 2018" təlimlərinin ikinci mərhələsinin açılışında deyib.

Лидер террористической группировки Исламское государство Абу Бакр аль-Багдади - Sputnik Azərbaycan
İŞİD lideri yenə "xortladı"

O bildirib ki, İŞİD-in planları uzunmüddətli xarakter daşıyır və nəinki, Qırğızıstana, hətta bütün Mərkəzi Asiya regionuna təhdiddir.

Qırğızıstanın baş nazirinin müavini Jeniş Razakov isə əlavə edib ki, Əfqanıstandan olan terror təhdidi artır: "Çünki, beynəlxalq terror təşkilatının üzvləri Mərkəzi Asiya ölkələrinə keçirlər. Xüsusilə terror təşkilatının üzvlərinin vəziyyəti gərginləşdirmək üçün Əfqanıstanın şimalından Mərkəzi Asiya regionuna keçmək cəhdləri xüsusilə narahatlıq keçirir".

İŞİD, əsasən İraq və Suriya ərazisində fəaliyyət göstərən silahlı paramilitar terror qruplaşmasıdır. Qruplaşma 29 iyun 2014-cü il tarixində yeni "Xilafət" yarandığını elan etmiş tanınmamış dövlət və terror təşkilatına çevrilib.

ABŞ və müttəfiqləri 2014-cü ildə Suriyada İŞİD-ə qarşı "Sarsılmaz qətiyyət" adlı əməliyyat keçiriblər. 2015-ci iliin sentyabrın 30-da Rusiya Suriya prezidenti Bəşər Əsədin dəvəti ilə hərbi əməliyyatlara başlayıb və İŞİD-ə sarsıdıcı zərbələr endirib.

Rusiya prezidenti Vladimir Putin bildirib ki, Suriya və İraqda terrorizmə qarşı aparılmış uğurlu missiyaya rəğmən, İŞİD terror qruplaşması hələ də dünyanın müxtəlif regionlarında akt törədə biləcək gücə malikdir. O, İŞİD-in hərbi cəhətdən məğlub edilməsinə baxmayaraq, onun tez bir şəkildə taktikalarını dəyişdiyini və bir çox ərazilərdə müxtəlif tipli hadisələr törətməyə qadir olduğunu ifadə edib.

Xəbər lenti
0