16:39 20 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0259
  • EUR1.9459
İranın ali rəhbəri ayətullah Seyid Əli Xameneyi

Xameneyi terror mənbəyini açıqladı: “Onlardır!”

© AP Photo / Office of the Iranian Supreme Leader
DÜNYA
Qısa URL
57 0 0

İranın cənub-qərbindəki Əhvəz şəhərində həftə sonu baş verən terror hücumun ardından Orta Şərqdə gərginlik artır

BAKI, 24 sentyabr — Sputnik. İranın cənub-qərbindəki Əhvəz şəhərində həftə sonu baş verən terror hücumun ardından Orta Şərqdə gərginlik artır.

Sputnik Azərbaycan "Haber7"ə istinadla xəbər verir ki, ölkənin dini lideri Əli Xameneyi 12-si əsgər olmaqla 25 nəfərin öldüyü hücumla bağlı açıqlama verib. Xameneyi terrorçuların Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) tərəfindən maliyyələşdirildiyini açıqlayıb. Əli Xameneyiyə görə, terrorçuları ABŞ da dəstəkləyib.

SEPAH, İsrail və ABŞ liderlərini birbaşa təhdid edib, amansız intiqam alacaqlarını bildirib.

Xatırladaq ki, şənbə günü İran–İraq müharibəsinin il dönümü münasibətilə həyata keçirilən hərbi parad zamanı əsgərlərə edilən hücum zamanı 25 nəfər ölüb, 69 nəfər yaralanıb.

İran hökuməti Əhvaz şəhərində keçirilən parad zamanı törədilən terror aktı qurbanları ilə əlaqədar sentyabrın 24-də ölkədə matəm elan edib.

Əlaqədar

İran prezidenti: Cavabımız çox ağır olacaq
İlham Əliyev İranın Əhvaz şəhərində baş verənlərə münasibətini bildirdi
İrandakı terror nəticəsində ölənlərin sayı artır, həlak olanlardan biri jurnalistdir
İranda hərbi parad zamanı terror oldu, ölənlər var — VİDEO
Teqlər:
hərbi parad, dini lider, Ayətullah Əli Xameneyi, Birləşmiş Ərəb Əmirlikləri, İran, Səudiyyə Ərəbistanı, terror

Əsas mövzular