22:21 17 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0258
  • EUR1.9267
Monserrat Kabalye Ermənistanda

Azərbaycana oğru kimi gələn əfsanəvi müğənni xəstəxanaya düşdü

© Sputnik / PanARMENIAN Photo / Tigran Megrabyan
DÜNYA
Qısa URL
307 0 0

85 yaşlı opera müğənnisi artıq 5 gündür ki, xəstəxananın intensiv terapiya şöbəsinə yerləşdirilib

BAKI, 24 sentyabr — Sputnik. Opera müğənnisi Monserrat Kabalye Barselonada xəstəxanaya yerləşdirilib. Bu barədə Sputnik Azərbaycan Rusiya KİV-nə istinadən xəbər verir.

Məlumata əsasən, 85 yaşlı opera müğənnisi artıq 5 gündür ki, xəstəxananın intensiv terapiya şöbəsinə yerləşdirilib. Onun sidik kisəsində olan problemlərlə bağlı xəstəxanada olduğu qeyd olunur. Kabalyenin ailəsi müğənninin səhhətinin normal olduğunu və onun tezliklə normal həyat tərzinə qayıdacağını bildirib.

Xatırladaq ki, M.Kabalye 2013-cü il iyunun 13-də Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə icazəsiz səfər etdiyi üçün Azərbaycanda "arzuolunmaz şəxslər"in siyahısına daxil edilib.

Teqlər:
icazəsiz səfər, Monserrat Kabalye, arzuolunmaz şəxslər, Dağlıq Qarabağ, xəstəxana

Əsas mövzular