Almanların ən çox fəxr etdiyi şəxs məlum oldu

CC0 / castigatioxes / BerlinЛюди у здания парламента в Берлине
Люди у здания парламента в Берлине - Sputnik Azərbaycan
Abunə olmaq
Sorğuda respondentlərə həmçinin fəxr oluna biləcək memarlıq inciləri, şəhərlər və yerlərin adlarını şəkmək də təklif olunub

BAKI, 23 sentyabr — Sputnik. Almaniya vətəndaşları ölkənin müxtəlif sahələri təmsil edən xadimləri arasında daha çox hazırkı kansler Angela Merkellə qürur duyurlar. Sputnik Azərbaycan-ın məlumatına görə, Welt am Sonntag qəzetinin keçirdiyi sorğunun nəticələri bunu deməyə əsas verir.

Sorğu iştirakçılarına siyasət, iqtisadiyyat, elm, idman və mədəniyyət sahələrindəki nailiyyətləri ilə qürur duyulacaq almanların adlarını çəkmək təklif olunub. 

Sorğunun nəticələrinə görə, Almaniya vətəndaşları daha çox hazırkı kansler Angela Merkellə (16% respondent) fəxr edirlər. Kanslerin adı ölkənin həm qərbi, həm də şərqində daha çox çəkilib. 

İkinci yeri keçmiş federal kansler Helmut Şmidt (11%) tutub. Üçüncü və dördüncü yerlərdə də keçmiş federal kanslerlər Villi Brandt və Helmut Kol (6%) qərarlaşıblar. Onların adlarını daha çox ölkənin şərq hissəsində yaşayanlar çəkib.

Qəzetin məlumatına görə, sorğu almanların daha çox məhz siyasətçilərlə fəxr etdiklərini sübut edir. Respondentlərin 49%-i siyasətçilərin adlarını çəkib. 

Sorğuda respondentlərə həmçinin fəxr oluna biləcək memarlıq inciləri, şəhərlər və yerlərin adlarını çəkmək də təklif olunub. Daha çox paytaxt Berlinin adı çəkilib (27%), sonrakı yerləri Münhen və Hamburq tutublar.

Sorğu sübut edib ki, almanlar Daimler, Volkswagen və BMW kimi şirkətlərlə də fəxr edirlər.

Xəbər lenti
0