Сьемка, фото из архива - Sputnik Azərbaycan
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

Səudiyyə Ərəbistanında qadınlarla bağlı daha bir ilk

Abunə olmaq
Qeyd edək ki, son dövrlərdə Səudiyyə Ərəbistanında qadınlarla bağlı inqilabi sayıla biləcək qərarlar verilib

Səudiyyə Ərəbistanında ilk dəfə "Ana xəbər" proqramını qadın aparıcı təqdim edib.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, ölkənin rəsmi kanalı olan Əs-Suudiyyədə (Saudi Tv) dünən ilk dəfə xəbər proqramında Viam əd-Dahil adlı qadın aparıcı tamaşaçı qarşısına çıxıb.

Əd-Dahil kanalın və ana xəbər proqramının yeni yayım dövrünün tanıdılması səbəbilə proqramı Ömər ən-Nəşvanla birgə aparıb.Livan Amerika Universitetinin Mətbuat fakültəsinin məzunu olan əd-Dahil daha əvvəl mərkəzi Londonda olan Əl-Həyat qəzeti, mərkəzi Qətərdə olan Əl-Cəzirə Televiziyası və Əl-Ərəb kimi tanınmış media qurumlarında işləyib.

Qeyd edək ki, son dövrlərdə Səudiyyə Ərəbistanında qadınlarla bağlı inqilabi sayıla biləcək qərarlar verilib. Qadınların avtomobil idarə etmək, şirkət qura bilmək, Ədliyyə Nazirliyində işləmək, idman yarışları zamanı stadionlara getmək hüququ tanınıb.

Səudiyyə Ərəbistanı 2030-cü il üçün qadınların iş həyatına qatılmasını 22 faizdən 30 faizə yüksəltməyi planlaşdırır.

Xəbər lenti
0