18:02 26 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
52 0 0

Qeyd edək ki, daha əvvəl Merkel fərdi söhbət zamanı Meyə Böyük Britaniyanın "Brexit"-ə görə zərər çəkəcəyini bildirib

BAKI, 22 sentyabr — Sputnik. Almaniya kansleri Angela Merkel Avstriyanın Zalsburq şəhərində Avropa İttifaqı ölkələrinin liderlərinin qeyri-formal görüşündə Böyük Britaniyanın Baş naziri Tereza Meyin əlini sıxmaqdan imtina edərək onu hamının gözü qarşısında aşağılayıb.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, Tereza Mey bir neçə avropalı lideri ilə birlikdə dayandığı zaman Angela Merkel onlara tərəf yaxınlaşıb. Baş nazir gülümsəyib və Merkelə tərəf əyilib, amma sonuncu onu görməməzlikdən gələrək digər iştirakçılarla salamlaşıb və kürəyini Meyə tərəf çevirib.

Qeyd edək ki, daha əvvəl Merkel fərdi söhbət zamanı Meyə Böyük Britaniyanın "Brexit"-ə görə zərər çəkəcəyini bildirib. O, Almaniyanın "Brexit" üzrə danışıqlarda heç bir güzəştə getməyəcəyini vurğulayıb.

Teqlər:
"Brexit", təhqir, görüş, Böyük Britaniyanın baş naziri Tereza Mey, Almaniya kansleri Angela Merkel

Əsas mövzular