Rusiya İsraili qapıdan geri qaytardı: Üzr qəbul edilmədi

© Sputnik / Evgeny Odinokovİsrailin Moskvadakı səfirliyi
İsrailin Moskvadakı səfirliyi - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiyanın yeni istintaq tələb etdiyi məlum olub

BAKI, 22 sentyabr — Sputnik. Suriyada Rusiyaya məxsus "İl-20" təyyarəsini

Доллары США - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Rusiya dollara həlledici zərbəyə hazırlaşır!
n qəzaya uğramasından sonra Rusiya və İsrail arasında yaşanan gərginlik davam edir. İsrail nümayəndə heyətinin olayda iştiraklarının olmadığına dair bəzi məlumatları Rusiyaya təqdim etmək üçün Moskvaya getməsi nəticə verməyib.

Sputnik Azərbaycan "Haber7"ə istinadla xəbər verir ki, İsrail hava qüvvələri komandiri Amikam Norkin başçılıq etdiyi nümayəndə heyəti əllərindəki məlumatları Rusiya hakimiyyətinə təqdim etmək üçün dünən Moskvaya gedib. İki ölkənin nümayəndə heyətlərinin görüşünün bir nəticə vermədiyi qeyd olunub. Moskva dəlilləri qəbul etməyib və israilli heyətin geri qayıtdığı bildirilib. İsrailin təqdim etdiyi məlumatlar Rusiya nümayəndə heyətinə inandırıcı gəlməyib.

Rusiyanın yeni bir istintaq tələb etdiyi məlum olub.

İsrailli nümayəndə heyəti Rusiya prezidenti Vladimir Putin ilə də görüşmək istəyib. İddiaya görə, Putin, İsraildən gələn nümayəndə heyəti ilə görüşmək istəməyib və onları geri göndərib.

Qeyd edək ki, Suriyanın Xmeymim əyalətində yerləşən Rusiya hərbi bazasının komandanlığı sentyabrın 18-i 00:00 radələrində Hava-Kosmik Qüvvələrinin "İl-20" təyyarəsi ilə əlaqəni itirib. Ekipajla əlaqə Aralıq dənizində, Suriya sahillərindən 35 kilometr aralıda itib.

Rusiya Müdafiə Nazirliyi qeyd edib ki, "İl-20" təyyarəsi İsrailə məxsus 4 ədəd "F-16" qırıcısının Suriyanın Latakiya bölgəsində uçuşlar həyata keçirdiyi zaman yoxa çıxıb.

Rəsmi Moskva hadisənin İsrailin məsuliyyətsiz davranışı və təhlükəli vəziyyət yaratması ucbatından baş verdiyini bəyan edir. İsrail tərəfi isə təyyarənin Suriyaya məxsus raket tərəfindən vurulduğunu iddia edir. Hadisə Moskva ilə Təl-Əviv arasında diplomatik gərginlik yaradıb.

Rusiya həmçinin, İsrailə cavab vermə hüququnu özündə saxladığını bildirmişdi.

Xəbər lenti
0