İsraildən BMT-yə şikayət edildi, “ipini yığışdırın” dedilər

© AP Photo / Mary AltafferBMT
BMT - Sputnik Azərbaycan
Abunə olmaq
İran İsralin nüvə proqramının BMT-nin nəzarəti altına alınmasını tələb edib

BAKI, 21 sentyabr — Sputnik. İran, İsrailin təhdidlərini qınaması üçün Birləşmiş Millətlər Təşkilatına müraciət edib.

Sputnik Azərbaycan "NTV"yə istinadla xəbər verir ki, İran İsrailin nüvə proqramının BMT-nin nəzarəti altına alınmasını tələb edib.

İranın BMT yanında daimi nümayəndəsi Qulam Əli Hoşru BMT-nin Baş Katibi və Təhlükəsizlik Şurasına xitabən bir məktub yazıb. Məktubda İsrailin nüvə silahların qarşısının alınması anlaşmasına daxil olmasını tələb edib.

İsrailin nüvə proqramının Beynəlxalq Atom Enerjisi Agentliyinin nəzarətinə alınması da Tehranın BMT-dən tələbləri arasında yer alır.

İsrail Baş Naziri Binyamin Netanyahu ötən günlərdə ölkənin gizli atom reaktorunu ziyarət etmiş, "Düşmənlərimizi məhv edəcək imkanlarımız var" demişdi.

İsrail bu günə qədər nüvə silahına malik olduğunu nə açıqlayıb, nə də inkar edib.

Xəbər lenti
0