ABŞ ordusu Aralıq dənizində əməliyyata başladı

© AP Photo / Fabrizio Bensch/Pool"USS Harry Truman" aviadaşıyıcısı
USS Harry Truman aviadaşıyıcısı - Sputnik Azərbaycan
Abunə olmaq
Proses 6-cı donanmanın fəaliyyət göstərdiyi bölgədə həyata keçirilir

BAKI, 19 sentyabr — Sputnik. ABŞ donanması Aralıq dənizində təlim əməliyyatlarına başlayıb. Sputnik Azərbaycan "Ensonhaber"ə istinadla xəbər verir ki, prosesə "USS Harry Truman" aviadaşıyıcısı və onu müşayiət edən döyüş qrupu cəlb olunub.

ABŞ gəmiləri - Sputnik Azərbaycan
ABŞ donanması və Britaniya aviasiyası hərəkətə keçdi, əsgərlər ailələri ilə vidalaşdılar

6-cı donanmanın fəaliyyət göstərdiyi bölgədə keçirilən təlimlərin məqsədi ABŞ-ın NATO üzrə müttəfiqlərinə, Avropa və Afrikadakı tərəfdaş ölkələrinə dəstək nümayiş etdirmək, habelə ABŞ-ın Avropa və Afrikadakı milli təhlükəsizlik maraqlarının müdafiəsini gücləndirməkdir.

6-cı donanmanın komandanı Liza Franchetti "USS Harry Truman" aviadaşıyıcısının Aralıq dənizində olduğu müddətdə cədvəldəki bütün dəniz əməliyyatlarını həyata keçirməyi planlaşdırdıqlarını deyib.

ABŞ-ın 6-cı donanması Kipr sahillərində yerləşir. 6-ci donanma 40 gəmidən, 175 qırıcıdan və 21 min hərbçidən ibarətdir. Donanmada 2 aviadaşıyıcı ilə yanaşı, sualtı gəmilərdən desant gəmilərinə qədər çoxlu sayda dəstək gəmisi də var.

Xəbər lenti
0