Putin təyyarənin vurulmasına cavabdan danışdı: “Bunu hamı görəcək”

© Sputnik / Sergey Guneyev / Mediabanka keçidRusiya prezidenti Vladimir Putin, arxiv şəkli
Rusiya prezidenti Vladimir Putin, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiya Müdafiə Nazirliyi baş verənlərə adekvat cavab vermək hüququnu özündə saxlayır

BAKI, 18 sentyabr — Sputnik. Rusiya prezidenti Vladimir Putin Suriyada "İl-20" təyyarəsinin vurulması ilə Türkiyə hərbçiləri tərəfindən "Su-24" qırıcısının vurulmasını müqayisə etməməyə çağırıb.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, Putin Macarıstanın baş naziri Viktor Orbanla görüşün yekunlarına dair birgə keçirdiyi mətbuat konfransında Türkiyə qırıcısının Rusiya təyyarəsini bilərəkdən vurduğunu xatırladıb: “İndi isə söhbət təsadüf faciəvi şəraitlər zəncirindən gedir. Çünki İsrail təyyarəsi bizim təyyarəni vurmayıb".

Президент РФ Владимир Путин во время встречи с временно исполняющим обязанности губернатора Нижегородской области Глебом Никитиным в Нижнем Новгороде, 6 декабря 2017 года - Sputnik Azərbaycan
RUSİYA
Putin Təhlükəsizlik Şurasını topladı

Prezidentin sözlərinə görə, Rusiya öz hərbçilərinin təhlükəsizliyini gücləndirəcək və bunu hamı görəcək: "İnsanlar öləndə, xüsusi ilə belə faciəvi şəraitdə öləndə bu hamımız üçün, ölkə üçün və ölənlərin yaxınları uçun faciəlidir. Mən bununla əlaqədar ölənlərin yaxınlarına başsağlığı verirəm".

Qeyd edək ki, Suriyanın Xmeymim əyalətində yerləşən Rusiya hərbi bazasının komandanlığı sentyabrın 18-i 00:00 radələrində Hava-Kosmik Qüvvələrinin "İl-20" təyyarəsi ilə əlaqəni itirib. Ekipajla əlaqə Aralıq dənizində, Suriya sahillərindən 35 kilometr aralıda itib.

Rusiya hərbi bazasının komandanlığı axtarış-xilasetmə işlərinə başlayıb. "MarineTraffic" portalının məlumatına görə, hazırda Tartus limanı yaxınlığında Rusiya Hərbi Dəniz Qüvvələrinə məxsus "Professor Nikolay Murov" xilasetmə yedək gəmisi yer alıb.

Rusiya Müdafiə Nazirliyi qeyd edib ki, "İl-20" təyyarəsi İsrailə məxsus 4 ədəd "F-16" qırıcısının Suriyanın Latakiya bölgəsində uçuşlar həyata keçirdiyi zaman yoxa çıxıb.

"İsrail hərbçilərinin məsuliyyətsiz addımları nəticəsində 15 Rusiya hərbçisi həlak olub. Bu, Rusiya – İsrail əməkdaşlığının ruhuna uyğun deyil" — deyə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bildirib.

Rusiya Müdafiə Nazirliyi bəyan edib ki, sözügedən təyyarə Suriyaya məxsus "S200" Hava Hücumundan Müdafiə Sistemləri tərəfindən havaya buraxılan raketlə vurulub. O da əlavə olunub ki, təhlükəli vəziyyət Latakiya rayonunda İsrail təyyarələri tərəfindən qəsdən yaradılıb.

Konaşenkovun sözlərinə görə, İsrail pilotları "İl-20" təyyarəsinin yaxınlığında manevr edərək ona Suriya Hava Hücumundan Müdafiə Komplekslərinin atəş açmasına səbəb olub. Bundan əlavə vurğulanıb ki, Rusiya təyyarəsi enişə hazırlaşdığından İsrailə məxsus aviasiyanın idarə olunması sistemləri onu mütləq şəkildə görməli idi.

"İsrail komandanlığı Suriyada planlaşdırılan əməliyyat barədə Rusiya komandanlığına xəbərdarlıq etməyib. "Qaynar xətt" üzrə bildiriş zərbələrə bir dəqiqədən də az qalmış müddətdə əldə olunub ki, bu da Rusiya təyyarəsini təhlükəsiz zonaya çıxarmağa imkan verməyib" — deyə Rusiya Müdafiə Nazirliyinin rəsmisi bildirib.

Konaşenkov vurğulayıb ki, Rusiya Müdafiə Nazirliyi baş verənlərə adekvat cavab vermək hüququnu özündə saxlayır. İsrailin Moskvadakı səfirliyi isə bu məlumatı şərh etməkdən imtina edib.

Xəbər lenti
0