Tramp Çinə qarşı radikal qərar verdi

© REUTERS / Joshua RobertsABŞ prezidenti Donald Tramp
ABŞ prezidenti Donald Tramp - Sputnik Azərbaycan
Abunə olmaq
"Çin rəhbərliyini ədalətsiz ticarət müharibəsini dayandırmağa çağırıram"

BAKI, 18 sentyabr — Sputnik. ABŞ prezidenti Donald Tramp sentyabrın 24-dən etibarən Çindən idxal edilən 200 milyard dollarlıq məhsula 10 faiz gömrük vergisinin tətbiq ediləcəyini bildirmişdi. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, Ağ Evdən verilən açıqlamaya görə, Tramp ABŞ Ticarət Təmsilçiliyinə Çin məhsullarına ikinci gömrük vergisi paketini tətbiq etməyi tapşırıb.

200 milyard dollarlıq məhsula bir həftə sonra tətbiq ediləcək yeni tariflərlərin sentyabrın 24-də qüvvəyə minəcəyi və cari ilin sonuna qədər 10 faiz səviyyəsində qalacağı, nəhayət 2019-cu ilin yanvar ayından 25 faizə qədər yüksələcəyi bildirilir.

Tramp bununla əlaqədar bildirib ki, Çin cavab tədbirləri görəcəyi halda, daha 267 milyard dollarlıq Çin məhsullarına üçüncü vergi paketi tətbiq olunacaq: "Çin rəhbərliyini ədalətsiz ticarət müharibəsini dayandırmağa çağırıram".

Hələlik Çin tərəfdən rəsmi açıqlama verilməyib.

Xəbər lenti
0