21:39 18 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0258
  • EUR1.9267
Çiyələk, arxiv şəkli

Bu dəhşətli terror üsulu bütün dünyanı silkələyə bilər

© Sputnik / Igor Zarembo
DÜNYA
Qısa URL
2796 0 0

Daha sorna iynəli çiyələkləri yeyən 9 nəfər də xəstəxanaya müraciət edib.

BAKI, 18 sentyabr — Sputnik. Avstraliyanın Queenland ştatında istehsal edilən çiyələklər içindən çıxan tikiş iynəsi problemi Yeni Zelandiyada da müşahidə edilib.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, Yeni Zelandiyada mağazalarda Avstraliya istehsalı olan bütün çiyələklər yığılıb. Ölkənin ən böyük qida şirkətləri Foodstuffs və Voolvortz Avstraliyadan qida idxalını durdurub və marketlərə payladıqları çiyələkləri yığma qərarı verdiklərini bildiriblər.

İynəli çiyələk böhranı keçən həftə Avstraliyanın Queenland ştatında bir kişinin supermarketdən aldığı çiyələyi yedikdən sonra qarın ağrısı problemi ilə xəstəxanaya düşməsindən sonra başlayıb. Məlum olub ki, çiyələklərin içinə tikiş iynəsi yerləşdirilib. Daha sorna iynəli çiyələkləri yeyən 9 nəfər də xəstəxanaya müraciət edib.

Queenland baş naziri Anastasiya Palazczuk çiyələklərə iymə yerləşdirib, insanların həyatını təhlükəyə atan şəxsləri 10 il azadlıqdan məhrum etmə cəzası gözlədiyini bildirib.

Hadisənin səsbkarları ilə bağlı məlumat verənləri 100 min Avstraliya dolları (121 min manat) veriləcəyini qeyd edən Palazczuk bildirib ki, bu ciddi bir problemdir.

"Queenland daxilində ailələr çiyələkdən uzaq durmalı, əgər çiyələk alacaqlarsa, yeməmişdən öncə kəsmələrini məsləhət görürük" o o qeyd edib.

İynələrin istehsalçı firmanın əməkdaşı tərəfindən çiyələklərin içinə yerləşdirildiyi iddia edilir. Ölkədə bütün marketlər çiyələk satışını dayandırıb. Çiyələyin qiyməti 50 faiz ucuzlaşıb, istehsalçı şirkətlər işçiləri ixtisara salmağa başlayıb.

Əsas mövzular