14:42 16 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0258
  • EUR1.9267
Yataq, arxiv şəkli

Yaşlılıq seksual həyat üçün əngəl deyil

CC0 / Free-Photos / Bed
DÜNYA
Qısa URL
672 0 0

“30 ildən sonra bu rəqəm iki qat çox olacaq” deyə alimlər bildirib

BAKI, 16 sentyabr — Sputnik. Neyrodegenerativ xəstəliklər, o cümlədən yaşlanma zamanı əqli zəiflik – demensiya yüksək seksual aktivliyə mane olmur. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, Çikaqo Universitetinin əməkdaşı Steysi Lindaunun rəhbərlik etdiyi tibb işçiləri qrupu bu qənaətə gəlib.

Həkimlər 62-91 yaşlı 3000-ə yaxın insan üzərində araşdırma aparıb.  Onlardan əqli funksiyaların təyin edilməsi üçün Monreal şkalası testindən keçmək xahiş edilib. Nəticələrə uyğun olaraq onların əqli pozuntulardan əziyyət çəkib-çəkmədikləri müəyyən edilib. Eyni zamanda onlardan sosial-demoqrafik məlumatlar: cins, yaş, etnik mənsubiyyət, təhsil səviyyəsi və ailə vəziyyəti barədə məlumat alınıb və seksual həyatları barədə suallara cavab vermələri xahiş edilib.

Son bir ildə seksual həyatı olanlar, seksual aktiv hesab edilib.

Araşdırma iştirakçılarının 27 faizinin əqli pozuntudan, 18 faizinin isə yaşlı əlaqəli əqli zəiflikdən – demensiyadan əziyyət çəkdiyi müəyyən edilib.

Araşdırmada iştirak edən kişilərin 83 faizi və qadınların 57 faizi ailəlidir və ya daimi yaşadığı partnyoru var. Onlardan 59 faiz kişilər və 51 faiz qadınlar demensiyadan əziyyət çəkir. Araşdırmaçılar hesab edir ki, 62 yaşından böyük 1,8 milyon kişi və 1,4 milyon qadın əqli zəiflik yaşayır və buna baxmayaraq seksual aktivdir.

“30 ildən sonra bu rəqəm iki qat çox olacaq” deyə alimlər bildirib.

Teqlər:
qadın, kişi, yaşlı, seks

Əsas mövzular