Cəhənnəm oranı ağuşuna alıb: 170 milyard ziyan olacaq, 10 milyon insan...

© REUTERS / Eduardo MunozFlorens qasırğasının törətdiyi fəsadlar, ABŞ, 14 sentyabr 2018-ci il
Florens qasırğasının törətdiyi fəsadlar, ABŞ, 14 sentyabr 2018-ci il - Sputnik Azərbaycan
Abunə olmaq
Şimali Karolina sahillərində dalğaların yüksəkliyi 3 metrə çatır

BAKI, 15 sentyabr — Sputnik. ABŞ-da “Florence” qasırğası artıq 5 nəfərin ölümünə səbəb olub.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, Şimali Karolina ştatının Vilminqton əyaləti təhlükəsizlik xidmətinin məlumatına görə, qasırğa nəticəsində daha iki nəfər dünyasını dəyişib: "Ana və körpəsi evlərinin üstünə ağac düşməsi səbəbindən ölüblər. Xəsarət alan ata xəstəxanaya çatdırılıb".

Məlumata görə, Şimali Karolina sahillərində dalğaların yüksəkliyi 3 metrə çatır. Qasırğa səbəbilə Şimali və Cənubi Karolinada 620 min insanın elektrik enerjisiz qaldığı bildirilir. Mütəxəssislər qasırğanın kateqoriyasının 1-ə düşməsinə baxmayaraq, həyat üçün təhlükəli olduğu barədə xəbərdarlıq edirlər.

Qeyd edək ki, qasırğanın birbaşa vuracağı proqnozlaşdırılan Cənubi Karolina, Şimali Karolina və Virciniya ştatlarında 1,7 milyon nəfərin təxliyə edilməsi üçün əmr verilmişdi. Bununla yanaşı, Merilend və Corciya ştatlarında, eləcə də Vaşinqtonda da fövqəladə vəziyyət elan edilmişdi.

Proqnozlara görə, qasırğa ümumilikdə 10 milyon insan təsir edəcək və 170 milyard dollar zərər vuracaq.

Xəbər lenti
0