Trampa daha bir zərbə vuruldu

© AFP 2023 / SAUL LOEBDonald Tramp
Donald Tramp - Sputnik Azərbaycan
Abunə olmaq
Donald Trampın seçki kampaniyasının köhnə rəhbəri Pol Manafort Rusiyanın ABŞ-da prezident seçkilərinə müdaxiləsini araşdıran xüsusi prokuror Robert Müllerlə anlaşıb

BAKI, 14 sentyabr — Sputnik. ABŞ prezidenti Donald Trampın seçki kampaniyasının köhnə rəhbəri Pol Manafort Rusiyanın ABŞ-da prezident seçkilərinə müdaxiləsini araşdıran xüsusi prokuror Robert Müllerlə anlaşıb.

Sputnik Azərbaycan "Haber7"yə istinadla xəbər verir ki, ittihamları qəbul edən Manafort "etirafçı" olmaq qərarı alıb.

Paytaxt Vaşinqtondakı federal məhkəməyə çıxarılan Manafort ABŞ əleyhinə gizli razılığa gəlmək və ədaləti əngəlləmək üçün saxtakarlıq etmə ittihamlarını qəbul edib.

Qeyd edək ki, bu, ABŞ-da aralıq seçkilərə 2 ay qalmış Tramp rəhbərliyinə böyük bir zərbə olub.

Ötən ay Robert Müller ABŞ prezidenti Donald Trampı şəxsən sorğu-suala çəkmək istədiyini açıqlayıb.

Xəbər lenti
0