Suriyalılar türk uşağı öldürmək istədilər, sakinlər onlara qarşı çıxdı - VİDEO

© Photo : SözcüBursada türklərlə ərəblər arasında toqquşma
Bursada türklərlə ərəblər arasında toqquşma - Sputnik Azərbaycan
Abunə olmaq
20 nəfər suriyalı qrupundan qaçan bir uşaq Mehmet Kahramana aid kafeyə sığınıb

BAKI, 14 sentyabr — Sputnik. Bursanın mərkəz Osmaniyə ilçəsi Başaran məhəlləsində dünən gecə hadisə baş verib. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, 20 nəfər suriyalı qrupundan qaçan bir uşaq Mehmet Kahramana aid kafeyə sığınıb.

Mehmet Kahraman suriyalı qrupun uşağını onlara vermək istəməyib. Bu zaman suriyalılar tərəfindən hücuma məruz qalıb. Bir neçə suriyalı hücum edərək onu bıçaqlayıblar.

Mehmet əlindən və qarnından yaralanıb. Bu hadisədən sonra 300 kişi qrup halında suriyalıların yaşadığı evlərə və iş yerlərinə hücum ediblər. Onlar "Məhləmizdə suriyalı istəmirik" deyərək şüarlar səsləndiriblər.

Xəbər lenti
0