20:33 14 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0250
  • EUR1.9190
Güllələr, arxiv şəkli

Əvvəl ərini əsərində, sonra isə həyatda güllələdi

CC0 / stevepb / Bullet
DÜNYA
Qısa URL
239 0 0

Borfinin qatili kimi isə onun 27 illik həyat yoldaşı Nenci Krampton Borfi həbs edilib.

BAKI, 13 sentyabr — Sputnik. ABŞ-da dəhşətli hadisə baş verib. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, ABŞ törədilən bir cinayət ölkənin gündəminə düşüb. Belə ki, 7 il əvvəl "Ərinizi necə öldürə bilərsiniz?" romanını yazmış qadın ərini öldürmək şübhəsi ilə saxlanılıb.

ABŞ-ın Portland şəhərində yaşayan Daniel Brofi iyun ayında işlədiyi məktəbdə silahla vurularaq öldürülüb. 63 yaşında olan kişinin öldürülməsi ilə bağlı istintaq 3 aydır ki, davam edir.

Borfinin qatili kimi isə onun 27 illik həyat yoldaşı Nenci Krampton Borfi həbs edilib.

"Yanlış həyat yoldaşı" və s. adlı romanların müəllifi olan 68 yaşlı qadın "Cinayət gəlir" adlı roman da yazıb.

Kitablarla yanaşı bloq yazıları da yazan Nensi 2011-ci ildə "Ərinizi necə öldürə bilərsiniz?" adlı roman yazıb. Yazıda zəhərlənmədən, killerə qədər bir çox seçimə toxunan yazıçı 7 il sonra ərinə qarşı bu addımı atıb. Qadının yaxın günlərdə hakim qarşısına çıxacağı gözlənilir.

Əsas mövzular