Taksi problemlərinizi bu nəqliyyat uğurla həll edəcək

© espresoHava taksisi sınaqdan uğurla keçdi
Hava taksisi sınaqdan uğurla keçdi - Sputnik Azərbaycan
Abunə olmaq
Hava taksisi sınaqdan uğurla keçib

BAKI, 12 sentyabr — Sputnik. İngiltərənin "Vertical Aerospace” startapı şəhərlərarası uçuşlar üçün istifadə ediləcək vertikal uçuşlu və enişli hava taksisinin uğurlu sınağını keçirib. Modern.az xəbər verir ki, "Vertical Aerospace” uçuş aparatının maksimal sürəti avtomobil sürətinə uyğundur və saatda 80 kilometr təşkil edir.

Aparat 2 nəfər sərnişin və 1 pilot üçün nəzərdə tutulub. Mütəxəssislərin sözlərinə görə, akkumulyatorun enerji tutumu 800 km uçuşun həyata keçirilməsi üçün yetərlidir.

Məlumata görə, uçuş aparatı test zamanı havada 5 dəqiqə qalıb.

Şirkət nümayəndələri bildirir ki, 3-4 ildən sonra uçan taksilər satışa çıxarılacaq, insanların isə şəhərlər arasında hərəkət üçün uçuş zolaqlarına ehtiyacı qalmayacaq.

Xəbər lenti
0