09:53 14 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0250
  • EUR1.9190
Artur Vanetsyan

Mən özüm də onun kim olduğunu bilmək istəyirəm – Paşinyan hökumətində qalmaqal

© Sputnik / Asatur Yesayants
DÜNYA
Qısa URL
64 0 0

Sasun Xaçatryan əlavə edib ki, cəmiyyətin tələbini hiss etdiyi təqdirdə istefa verəcək

BAKI, 11 sentyabr — Sputnik. Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru və Xüsusi İstintaq Xidmətinin rəisi arasında telefon danışığının dinlənilməsi Ermənistanın təhlükəsizliyinin göstəricisi deyil. Sputnik Ermənistan xəbər verir ki, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanetsyan, Xüsusi İstintaq Xidmətinin rəisi Sasun Xaçatryanla birgə keçirdiyi mətbuat konfransında bildirib.

"Bu səs yazısının kim tərəfindən yazılması bizim üçün də sirdir. Lakin hər şeyi istintaq işi açacaq. Ermənistan Baş Prokurorluğu artıq bu işi qaldırıb. Milli Təhlükəsizlik Xidmətinin direktorunun dinlənilməsi çox pisdir. Bunu kimin etməsi mənə də maraqlıdır", — deyə Vanetsyan bəyan edib.

O, bildirib ki, vəzifədən yapışmır: "Mən işimə böyük məsuliyyət hissi ilə yanaşıram. Mənim istefam yalnız ictimai tələb və ya siyasi rəhbərliyin qərarı əsasında baş tuta bilər. 

Öz növbəsində Sasun Xaçatryan əlavə edib ki, cəmiyyətin tələbini hiss etdiyi təqdirdə istefa verəcək: "Əgər bu baş versə onu siz də daxil olmaqla hamı hiss edəcək.

Qeyd edək ki, daha əvvəl sosial şəbəkələrdə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanetsyan və Xüsusi İstintaq Xidmətinin rəisi Sasun Xaçatryan arasında telefon danışığı yayılıb.

Vanetsyan və Xaçatryan 8 dəqiqəlik səs yazısında sabiq prezident Rober Koçaryanın həbsini, həmçinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) rəhbəri Yuri Xaçaturov və sabiq müdafiə naziri Mikael Arutyunyana qarşı cinayət işini müzakirə ediblər.

Əlaqədar

Paşinyan tərəfdarlarının əks-hücumu: Koçaryan barədə sensasion faktlar açıqlandı
Ermənistanda görünməmiş qalmaqal – 8 dəqiqəlik səs yazısı

Əsas mövzular