Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

"PSJ" dünyada ilkə imza atacaq

© AP Photo / JACK GUEZКриптовалюта Bitcoin
Криптовалюта Bitcoin - Sputnik Azərbaycan
Abunə olmaq
"PSJ" öz kriptovalyutasını işə salan ilk futbol klubu olacaq

BAKI, 11 sentyabr — Sputnik. Fransanın "PSJ" futbol klubu rəqəmsal bizneslə məşğul olmağı planlaşdırır. Sputnik Azərbaycan "Sports.ru"-ya istinadən xəbər verir ki, klub 2019-cu ildə öz kriptovalyutasını dövriyyəyə buraxmaq istəyir.

Paris təmsilçisi blokçeyn platforması olan "Socios.com"un törəmə şirkəti "Chiliz" startapı ilə saziş imzalamaq niyyətindədir.

Bu baş tutsa, "PSJ" öz kriptovalyutasını işə salan ilk futbol klubu olacaq. Bu, telefon üçün tətbiq formasında həyata keçiriləcək.

Klubun azarkeşləri tokenlər qazanacaqlar və menecmentə cəlb olunacaqlar. Tokenlər çox olduqca, fanatın seçim zamanı səsi daha əhəmiyyətli hesab ediləcək.

Xəbər lenti
0