Gürcüstanın baş naziri Yerevana niyə gedib?

© Sputnik / Asatur YesayantsВстреча премьер-министра Армении Никола Пашиняна и премьер-министра Грузии Мамуки Бахтадзе (10 сентября 2018). Еревaн
Встреча премьер-министра Армении Никола Пашиняна и премьер-министра Грузии Мамуки Бахтадзе (10 сентября 2018). Еревaн - Sputnik Azərbaycan
Abunə olmaq
Səfər zamanı hansı məsələlərin müzakirə ediləcəyi barədə məlumat yoxdur

BAKI, 10 sentyabr — Sputnik. Gürcüstanın baş naziri Mamuka Baxtadze Yerevana rəsmi səfərə gedib. Bu barədə Sputnik Ermənistan xəbər verir.

Məlumata əsasən, Baxtadze əvvəlcə Ermənistanın baş naziri Nikol Paşinyanla təkbətək görüşəcək, sonra isə geniş tərkibdə görüş olacaq.

Görüşlərdən sonra baş nazirlər mətbuata birgə açıqlama ilə də çıxış edəcəklər.

Gürcüstan baş naziri, həmçinin Ermənistan prezidenti Armen Sarkisyan və parlamenti spikeri Ara Babloyanla da görüşəcək.

Səfər zamanı hansı məsələlərin müzakirə ediləcəyi barədə məlumat yoxdur.

Xəbər lenti
0