Məşhur restoranda atışma olub, ölən və yaralananlar var

© azvision.azAtışma
Atışma - Sputnik Azərbaycan
Abunə olmaq
Atışmada iştirak edənlər 16-21 yaşlı gənclər olub

BAKI, 10 sentyabr — Sputnik. ABŞ-da yeniyetmələrin davası ölümlə nəticələnib. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, "McDonalds"da başlayan dava zamanı bir nəfər ölüb, 4 nəfər yaralanıb.

Hadisə ABŞ-ın Alabama ştatının Obern şəhərində baş verib. Polisin məlumatına görə, gecə saatlarında gənclər arasında başlayan mübahisə atışma ilə sonlanıb. Atışmada iştirak edənlər 16-21 yaşlı şəxslər olub.

Polis hadisə ilə bağlı araşdırma aparır. Gənclərdən birinin hadisə yerində öldüyü bildirilir.

Xəbər lenti
0