16:43 26 Sentyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
124 0 0

ABŞ-da kənd təsərrüfatı istisna olmaqla, əhalinin məşğulluq göstəricisi açıqlanıb

BAKI, 10 sentyabr — Sputnik. ABŞ-ın kənd təsərrüfatı istisna olmaqla, əhalinin məşğulluq göstəricisi açıqlandıqdan sonra dollar digər valyutalar qarşısında güclənib. Sputnik Azərbaycan "Bloomberght"ə istinadla xəbər verir ki, ABŞ-da avqust ayı üçün kənd təsərrüfatı istisna olmaqla, əhalinin məşğulluq göstəricisi artıb.

Belə ki, artım 201 min proqnozlaşdırılsa da, açıqlanan rəqəm proqnozdan çox olub. Saatlıq maaşlar da aylıq 0.4 faiz, illik 2.9 faiz artımla proqnozlardan çox olub.

Bundan əlavə, ABŞ ilə Çin arasında ticarət gərginliyinin artması da dolların güclənməsinə təkan verir.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp ötən həftə verdiyi açıqlamasında bütün Çin məhsullarının idxalına vergi tətbiq etməyə hazır olduqlarını bildirmişdi.

Əlaqədar

Dollar satışı niyə artır - SƏBƏBLƏR
İlk addım gəlir: Rusiya və Türkiyədən dollar zərbəsi
Mərkəzi Bankdan dollarla bağlı bədbin xəbər
Dollar hegemoniyası davam edəcək
Dollar almaq istəyənlərə xoş xəbər
Teqlər:
məşğulluq, faiz, Çin, ABŞ, proqnoz, dollar

Əsas mövzular