06:08 24 Fevral 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
269 0 0

ABŞ təyyarələri fosforlu bombalarla Suriyaya zərbələr endirib

BAKI, 9 sentyabr — Sputnik. ABŞ-ın Hərbi Hava Qüvvələrinə məxsus “F-15” qırıcı təyyarələri ötən gün fosforlu bombalarla Suriyanın Deyr-əz-Zor əyalətinə zərbələr endirib.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, bu barədə Suriyada düşmən tərəflərin barışdırılması üzrə Rusiya Mərkəzinin rəhbəri, general-leytenant Vladimir Savçenko bildirib. Qeyd edib ki, zərbələr Hacin yaşayış məntəqəsinə endirilib və nəticədə güclü yanğın baş verib.

Ölən və yaralananlar barədə məlumat yoxdur.

Xatırladaq ki, bu silahların tətbiqi 1949-cu il tarixli Cenevrə konvensiyasına əlavə protokol ilə qadağan edilib.

Əsas mövzular