Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Tarixi hadisə baş tutmaya bilər: Bütün dünya etiraza başladı

© AFP 2023 / JACK GUEZİsrail təmsilçisinin Avroviziyada çıxışı
İsrail təmsilçisinin Avroviziyada çıxışı - Sputnik Azərbaycan
Abunə olmaq
İsrailin "Avroviziya"da qalib gəlməsindən bir neçə gün sonra İsrail ordusu Qəza sektorunda etiraz aksiyası keçirən 62 silahsız fələstinlini öldürüb

BAKI, 8 sentyabr — Sputnik. Dünyanın müxtəlif ölkələrindən mədəniyyət və incəsənət sahəsindən olan 140-dən çox nümayəndə "Avroviziya" mahnı müsabiqəsinin təşkilatçılarına müraciət edərək İsraili mahnı müsabiqəsini keçirməkdən məhrum etməyi istəyiblər. Bu barədə Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir.

"Əgər "Avroviziya – 2019" mahnı müsabiqəsi İsraildə keçirilsə onda onu boykot etmək lazımdır", — deyə incəsənət xadimləri müraciətdə bildiriblər.

Onlar qeyd ediblər ki, İsrail rəhbərliyi artıq bir neçə on illikdir ki, Fələstində insan haqlarını kobud şəkildə pozur.

Müraciəti imzalayanlar arasında "Pink Floyd" qrupunun təsisçilərindən biri Rocer Uoters, britaniyalı bəstəkar və prodüser Brayan İno, danimarkalı rejissor Nils Best və 1994-cü ildə keçirilən "Avroviziya" müsabiqəsinin qalibi, irlandiyalı müğənni Çarlz Makqettiqan da var. 

İsrailin raket sistemi - Sputnik Azərbaycan
İsrail Suriyada İrana aid olduğu iddia edilən 200-dən çox hədəfi vurub

Müraciətdə qeyd olunur ki, mayın 14-ü "İsrailin "Avroviziya"da qalib gəlməsindən bir neçə gün sonra İsrail ordusu Qəzza sektorunda etiraz aksiyası keçirən 62 silahsız fələstinlini öldürüb".

Mədəniyyət və incəsənət xadimləri hesab edirlər ki, Avropa Yayım Birliyi İsraildə müsabiqəsinin keçirilməsini ləğv etməli və onu keçirməyi insan haqlarının daha az pozulduğu ölkəyə həvalə etməlidir".

Xatırladaq ki, bu ilin may ayında keçirilən "Eurovision-2018" yarışının qalibi İsrail təmsilçisi Netta Barzilay olub. Netta bununla ölkəsini dördüncü dəfə "Avroviziya" yarışlarında birinci yerə çıxarıb. Nettaya qədər sonuncu qalib İsrail təmsilçisi 1998-ci ildə "Diva" mahnısı ilə çıxış edən Dana İnterneyşnl (İnternational) olub.

İsrailin baş naziri Benyamin Netanyahu "Eurovision-2018"-un qalibi Netta Barzilayla görüşü zamanı bəyan etmişdi ki, növbəti "Avroviziya" yarışı Yerusəlimdə (Qüds) olacaq. Onun bu bəyanatı Qüdsü özünün müqəddəs şəhəri hesab edən müsəlman dünyasını qəzəbləndirmişdi.

Xəbər lenti
0