SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

İran prezidenti Donald Trampın sirrini açdı: "Hər gün..."

© AFP 2023 / STRINGER Президент Ирана Хасан Роухани, фото из архива
Президент Ирана Хасан Роухани, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Sanksiyalar çərçivəsində İranın ABŞ dolları ilə alış-veriş etməsi qadağan edilib, ölkənin ən böyük gəlir mənbəyi olan neft ticarəti, avtomobil ehtiyat hissələrinin ticarəti də məhdudlaşdırılıb

BAKI, 8 sentyabr — Sputnik. İran prezidenti Həsən Ruhani bəyan edib ki, Birləşmiş Ştatlar müntəzəm olaraq danışıqlara başlamaq xahişi ilə İrana mesajlar yollayır. Bu barədə Sputnik Azərbaycan "Reuters"-ə istinadən xəbər verir.

O, vurğulayıb ki, ABŞ nümayəndələri belə bir mesajı hər gün göndərir: "Bir tərəfdən onlar (ABŞ) İran xalqına təzyiq göstərir, digər tərəfdən isə müxtəlif yollarla danışıqlara başlamaq təklifi göndərirlər", — deyə Ruhani bəyan edib.

Xatırladaq ki, bu ilin mayın 8-də Tramp ABŞ-ın İranla bağlanmış nüvə sazişindən imtina etdiyini elan edib. ABŞ prezidenti İran rəhbərliyini sazişin şərtlərinə zidd olaraq uranın zənginləşdirilməsində və qadağan olunmuş silah istehsalında ittiham edib. Bundan əlavə, Tramp İrana qarşı sanksiyaları bərpa etmək niyyətində olduğunu bildirib.

Birləşmiş Ştatlar avqustun 7-indən etibarən Tehranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planının (BHFP) razılaşdırılması nəticəsində dayandırılan genişmiqyaslı sanksiyaları bərpa edib.

Sanksiyalar çərçivəsində İranın ABŞ dolları ilə alış-veriş etməsi qadağan edilib, ölkənin ən böyük gəlir mənbəyi olan neft ticarəti, avtomobil ehtiyat hissələrinin ticarəti də məhdudlaşdırılıb.

Xəbər lenti
0