Qadınlar niyə seksual selfilər çəkir?

© REUTERS / Carlo AllegriSelfi çəkən qızlar
Selfi çəkən qızlar - Sputnik Azərbaycan
Abunə olmaq
Kasıblığın və varlılığın daha çox müşahidə edildiyi regionlarda yaşayan qadınlar çalışır ki, özlərini daha çox seksual nöqteyi-nəzərdən nümayiş etdirsinlər

BAKI, 8 sentyabr — Sputnik. Alimlər qadınların niyə seksual selfi çəkdiklərinin səbəbini araşdırıb.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, mütəxəssislərin fikrincə, qadınlar bu addımı atmaqla kişi dünyasının qaydaları ilə hərəkət edir. Belə ki, cəmiyyətin təsirinə məruz qalan qadın kişilərin onları seksual oyuncaq səviyyəsinə endirməsi qaydalarını qəbul edir və hər şeyə seksual üstünlük prizmasından yanaşır. Bu proses özünü obyektə çevirmə adlanır.

Yatan qız, arxiv şəkli - Sputnik Azərbaycan
SƏHİYYƏ
Qadın carəsi bilinməyən xəstəliyə tutuldu

Avstraliyanın Yeni Cənubi Uels Universitetində gender məsələsi üzrə psixoloqlar cinsi zorakılıqla özünü təqdimetmə arasında olan birbaşa əlaqəni təkzib və ya sübut etməyə çalışıblar. Buna görə, onlar əvvəlcə Twitter və Instagramda 68 mindən çox qadının seksual şəkillərini öyrəniblər. Nəticədə, şəhərlərin böyük siyahısı əmələ gəlib. Daha sonra siyahıdakı şəhərlərdə gender bərabərliyi barədə məlumatları toplanıb.

Məlum olub ki, gender bərabərsizliyi həqiqətən də müəyyən rol oynayır. Ancaq müəyyən edilib ki, qadınların seksual selfilərin ilə onların şəxsiyyətinin daha çox əzildiyi regionların əlaqəsi yoxdur.

Hər şey göstərir ki, belə şəkillər daha çox iqtisadi bərabərsizliyin olduğu ərazilərdə yaşayan qadınlar tərəfindən çəkilir. Kasıblığın və varlılığın daha çox müşahidə edildiyi regionlarda qadınlar çalışır ki, özlərini daha çox seksual nöqteyi-nəzərdən nümayiş etdirsinlər. Buna görə də, onlar daha çox xarici görkəmi yaxşılaşdıran məhsullar almağa üstünlük verir.

Xəbər lenti
0