Tehranda vacib görüş başladı

© Photo : Kayhan Ozer / Turkish Presidential Palace / Handout via REUTERSTürkiyə, İran və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğan, Həsən Ruhani və Vladimir Putinin görüşü. Tehran, 7 sentyabr 2018-ci il
Türkiyə, İran və Rusiya prezidentləri  Rəcəb Tayyib Ərdoğan, Həsən Ruhani və Vladimir Putinin görüşü. Tehran, 7 sentyabr 2018-ci il - Sputnik Azərbaycan
Abunə olmaq
Zirvə görüşündən öncə prezidentlər arasında ikitərəfli görüşləri keçirilib

BAKI, 7 sentyabr — Sputnik. İranın paytaxtı Tehran şəhərində İran, Türkiyə və Rusiya prezidentlərinin zirvə görüşü başlayıb.

Sputnik AzərbaycanAnadolu” agentliyinə istinadən xəbər verir ki, üç ölkənin prezidentləri — Həsən Ruhani, Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin görüşdə Suriya məsələsi, o cümlədən İdlib əyalətindəki vəziyyəti müzakirə edəcəklər.

Bundan əlavə, liderlər İŞİD, PKK/PYD-YPG mövzularına da toxunacaqlar.

Zirvə görüşündən öncə Vladimir Putin – Rəcəb Tayyib Ərdoğan, Vladimir Putin – Həsən Ruhani, Rəcəb Tayyib Ərdoğan – Həsən Ruhani ikitərəfli görüşləri keçirilib.

Xəbər lenti
0