13:45 16 Dekabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0256
  • EUR1.9314
Tehran

Diqqətlər Tehranda: Zirvə görüşündən gözləntilər barədə ilk siqnal gəldi

© Sputnik / Sergey Mamontov
DÜNYA
Qısa URL
11314 0 0

İran XİN: Suriya məsələsi ilə bağlı mühüm sənəd hazırlanıb

BAKI, 7 sentyabr — Sputnik. İran xarici işlər nazirinin siyasi işlər üzrə xüsusi müşaviri Cabiri Ənsari bu gün Tehranda keçiriləcək Suriya toplantısını dəyərləndirib. Sputnik Azərbaycan "Mehr" xəbər agentliyinə istinadən bildirir ki, C.Ənsari bu sammitin Suriya torpaqlarının böyük bir hissəsinin terrorçulardan təmizləndiyi vaxtda keçirildiyini bildirib.

"Bu sammit, həmçinin təkcə İdlib şəhərində bəzi terror təşkilatları nümayəndələrinin qaldığı bir vaxtda keçirilir. Bu baxımdan zirvə Tehran üçün böyük əhəmiyyət daşıyır" — deyən Cabiri Ənsari əlavə edib ki, sammit ABŞ-ın İran, Türkiyə və Rusiyanı hədəfə alaraq sanksiyalar tətbiq etdiyi bir zamanda keçirildiyi üçün böyük əhəmiyyət daşıyır.

Suriya məsələsi ilə bağlı mühüm sənədin hazırlandığını qeyd edən iranlı diplomatın sözlərinə görə, həmin sənəd hər üç ölkə prezidenti tərəfindən təsdiq olunduğu təqdirdə sammitin bəyannaməsi kimi açıqlanacaq: "Bu sənəd həm Astana prosesi və Suriyadakı son prosesləri, həm də Suriyada sülh üçün İran, Rusiya və Türkiyə tərəfindən göstərilən bütün səyləri əhatə edir".

Xarici işlər nazirinin müşaviri bildirib ki, sözügedən sənəddə terrorizmlə mübarizə, suriyalı qaçqınların evlərinə qayıtması, məhbusların sərbəst buraxılması və Suriyada daxili müharibə nəticəsində itkilərin vəziyyəti ilə bağlı müddəalar əksini tapıb: "Bu məsələləri müzakirə etmək üçün xüsusi bir komitə yaratdıq".

Tehran sammitində Suriyadakı son vəziyyətin müzakirə ediləcəyini söyləyən Ənsari Suriyada sülh bərqərar edilənədək Astana prosesi ilə yanaşı, üçtərəfli əməkdaşlığın davam edəcəyini vurğulayıb. İdlib məsələsinə də toxunan iranlı səlahiyyətli bildirib ki, kompromisə əsaslanan həll prosesi bölgənin Suriya rəhbərliyinin nəzarəti altına girməsini təmin etməlidir.

Qeyd edək ki, bu gün Tehranda Rusiya prezidenti Vladimir Putin, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və İran prezidenti Həsən Ruhaninin iştirakı ilə Suriya münaqişəsinin həllinə dair zirvə görüşü keçiriləcək. Toplantıda Suriyadakı son vəziyyət, münaqişənin həlli, həmçinin İdlibdə yaşanan qarşıdurma müzakirə olunacaq.

Əlaqədar

Suriya ordusu İŞİD-in son qalasına yaxınlaşıb - VİDEO
Vəziyyət gərginləşir: Türkiyə Suriya sərhədinə xüsusi təyinatlılar göndərdi
Suriya ordusu NATO-nun xəbərdarlıqlarına baxmayaraq, hücuma keçdi
İsrail Suriyada İrana aid olduğu iddia edilən 200-dən çox hədəfi vurub
Suriyada silaha sarılmış terrorçuların sayı açıqlandı
Teqlər:
Cabiri Ənsari, müşavir, xarici işlər naziri, Tehran, İran, Suriya, terrorçu

Əsas mövzular