Bəy toyu günündə öldü

© Photo : FB / Danny EmsleyDenni Emsli və Kler
Denni Emsli və Kler - Sputnik Azərbaycan
Abunə olmaq
Ailəsinin dostları onun sağlam olduğunu bildirib. Polis onun ölümünə şübhə ilə yanaşır

BAKI, 7 sentyabr — Sputnik. Böyük Britaniyada bəy toyundan 2 saat sonra ölüb.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, Denni Emsli və Kler avqustun 17-də ailə həyatı qurublar. Onların toyu Ueterbi şəhərində spa-hotellərin birində keçirilib. Toyda cütlüyün 80 nəfər yaxını iştirak edib. 23.30-da Denni onlar üçün ayrılmış otağa qalxıb, gəlin isə qonaqlarla qalıb. Bir saat sonra gəlin onun yanına gəldiyi zaman Deni hələ sağ imiş. Qadın 1.30-da otağa qayıdan zaman ərinin öldüyünü görüb. Gəlin otaqdan qaçaraq kömək istəyib. 

Məlumata görə, ölən bəyin 37 yaşı olub. Ailəsinin dostları onun sağlam olduğunu bildirib. Polis onun ölümünə şübhə ilə yanaşır. 35 yaşlı qadın isə öz facebook səhifəsində həyatını sevimli əri olmadan necə yaşayacağını təsəvvür etmədiyini yazıb.

Xəbər lenti
0