Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Ankarada ciddi faktlar toplanıb, ortada təhlükəli dosye var

© Tolga Bozoglu/Pool via ReutersTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiya prezidenti Vladimir Putin və İran prezidenti Həsən Ruhani
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiya prezidenti Vladimir Putin və İran prezidenti Həsən Ruhani - Sputnik Azərbaycan
Abunə olmaq
"İdlib şəhəri Suriyanın 3 faizini, amma PYD-nin məskunlaşmağa başladığı Fəratın şərqi ölkənin 26 faizini təşkil edir"

BAKI, 6 sentyabr — Sputnik. Sabah Tehranda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiya prezidenti Vladimir Putin və İran prezidenti Həsən Ruhaninin görüşü olacaq. Üçlü zirvəyə Ərdoğan əhatəli bir Suriya dosyesi ilə gedir.

İdlib - Sputnik Azərbaycan
Suriya ordusu NATO-nun xəbərdarlıqlarına baxmayaraq, hücuma keçdi

Sputnik Azərbaycan "Haber7"-yə istinadla xəbər verir ki, Türkiyə tərəfi Tehran sammiti öncəsi Rusiyanın və Suriya hərbi qüvvələrinin İdlibə qarşı hava əməliyyatlarından narahat olduğunu dilə gətirəcək. Ərdoğan terror təşkilatı PYD-nin Suriya torpaqlarının 26 faizini əhatə edən bir bölgədə neftçıxarma məntəqələrinə yerləşdiyini də vurğulayacaq.

Ankaranın kəşfiyyat məlumatlarına görə, PYD ABŞ-ın da dəstəyini alaraq Fərat çayının şərqindəki neft məntəqələrində yerləşməyə başlayıb. "İdlib şəhəri Suriyanın 3 faizini, amma PYD-nin məskunlaşmağa başladığı Fəratın şərqi ölkənin 26 faizini təşkil edir. Suriyanın ərazi bütövlüyünü əsas təhdid edən PYD-dir" — deyə bəyan edən rəsmi Ankara vəziyyətdən narahatdır.

Ərdoğanın diqqət çəkəcəyi digər bir mövzu isə Afrin bölgəsi ilə bağlı olacaq. Ankaranın əlində olan məlumatlara görə, PYD/PKK yenidən Afrinə qayıtmağın yollarını Əsəd rejimi ilə yaxın təmas quraraq axtarır. Ankara bu vəziyyəti Rusiyaya ətraflı şəkildə izah edib.

Ankara Türkiyənin daxili təhlükəsizliyini təhdid edən PKK-nın, PYD/YPG ilə yanaşı, İraq və İrandakı qanadlarından da dəstək almağa davam etdiyinə dair mühüm məlumatlara malikdir. Təşkilatın regiondakı fəallığı kəşfiyyat təyyarələri vasitəsi ilə fasiləsiz izlənilir.

Qeyd edək ki, Suriya böhranının həllinə dair üçtərəfli liderlər zirvəsinin birincisi ötən il Soçidə, ikincisi isə cari ilin aprel ayında Ankarada keçirilib.

Xəbər lenti
0