15:20 17 Dekabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0255
  • EUR1.9230
İsrailin raket sistemi

İsrail Suriyada İrana aid olduğu iddia edilən 200-dən çox hədəfi vurub

© AFP 2018 / JACK GUEZ
DÜNYA
Qısa URL
103 0 0

Hücumlar nəticəsində İran İnqilab keşikçiləri Ordusu Suriyadakı bir çox bazasını boşaltmaq məcburiyyətində qalıb

BAKI, 5 sentyabr — Sputnik. İsrail bir il yarım ərzində Suriyadakı İran qüvvələrinə aid olduğu iddia edilən 200-dən çox hədəfə hücum təşkil edib.

Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadla xəbər verir ki, bunu İsrail ordusunun səlahiyyətli nümayəndələrindən biri deyib.

Onun sözlərinə görə, hücumların əksəriyyəti qırıcılar tərəfindən həyata keçirilib. Hücumlar nəticəsində İran İnqilab Keşikçiləri Korpusu Suriyadakı bir çox bazasını boşaltmaq məcburiyyətində qalıb.

İsrail mediası 2013-ci ildən bu yana İsrailin Suriya torpaqlarına təcavüz etdiyini bildirir. İranın Suriyaya girməyə çalışdığını tez-tez iddia edən israilli rəsmilər Təl-Əvivin İranın Suriyadakı mövcudluğuna qarşı olduğunu bəyan edib. 

Əlaqədar

İranla İsrail arasında böyük müharibə xəbərdarlığı - ABŞ kəşfiyyatından nələr sızıb
Teqlər:
ordu, İran İnqilab Keşikçiləri Korpusu, İran, Suriya, İsrail

Əsas mövzular