Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Dünyanın həyəcanla izlədiyi əməliyyat üçün son tarix açıqlandı və Ankaranın 3 təklifi var

© REUTERS / Ammar Abdullahİdlib şəhəri
İdlib şəhəri - Sputnik Azərbaycan
Abunə olmaq
İdliblə bağlı Ankara tərəfindən Moskva və Tehrana üç təklif verilib və Rusiya tərəfi bunu dəyərləndirərək cavablandıracağını açıqlayıb

BAKI, 5 sentyabr — Sputnik. Günlərdir müzakirə edilən İdlib əməliyyatı dünəndən başlayıb. Rusiya qırıcıları müxalif qüvvələrin fəaliyyət göstərdiyi yerlərə zərbələr endirir. Quru əməliyyatı üçün isə diqqətlər sentyabrın 7-də keçiriləcək Rusiya-Türkiyə-İran zirvə görüşünə yönəlib.

Suriye'nin İdlib vilayetinin Atameh kasabasını Türkiye sınırından bir duvar ayırıyor. - Sputnik Azərbaycan
RUSİYA
Rusiya ildırımsürətli hücuma başladı, müxaliflərin son qalası bombalanır

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, Dəməşq rejimi, Rusiya və İranın dəstəyi ilə İdlib əməliyyatı üçün son hazırlıqlarını aparır. Dünən rus qırıcıları bölgədə 6 qərargaha və 7 anbara zərbələr endirib. Təyyarələrin mülki yaşayış məntəqələrini də bombaladığı iddia olunur.

Bildirilir ki, Türkiyə Dəməşq rejiminin İdlib əməliyyatının qarşısını ala bilməsə, Azad Suriya Ordusunu da bu prosesə qoşacaq. Quru əməliyyatına hazırlaşan Əsəd ordusunun qərbdən hücuma keçəcəyi və ilk mərhələdə Halep-Hama və Lazkiyə dəhlizini ələ keçirməyi qarşısına məqsəd qoyduğu qeyd olunur.

İdlibdə müxaliflərin verdiyi açıqlamaya görə, Hmeymim hərbi bazasından qalxan 3 rus qırıcısı bölgəyə 20 hücum təşkil edib və hücumlar dünən gün boyu davam edib.

Bu arada, İdliblə bağlı Ankara tərəfindən Moskva və Tehrana üç təklif verilib və Rusiya tərəfi bunu dəyərləndirərək cavablandıracağını açıqlayıb. 7 sentyabrda Tehranda keçiriləcək İdlib sammitində də bu üç təklif müzakirə ediləcək.

Ankaranın Rusiya və İrana təqdim etdiyi üç təklif bunlardır:

1) İdlib əməliyyatına Azad Suriya Ordusu da qatılsın;

2) Tel Rıfat və ətrafı İdlibdən ayrılmağı qəbul edən radikal olmayan qrupların yerləşməsi üçün Türkiyənin nəzarətinə verilsin;

3) Suriyanın yenidən qurulmasında Türkiyəyə də rol və pay verilsin.

Hazır vəziyyətə gətirilən Azad Suriya Ordusunun, təxminən 20-30 min arasında döyüşçüsünün olduğu bildirilir. Döyüşçülərinin əksəriyyəti isə suriyalılardan seçilib.

İdlibə nəzarət edən müxalif qrupların vuruşmadan şəhəri tərk etməsinə yönəlik danışıqlar da davam edir. Müxaliflərin döyüşmədən regionu tərk etməsi barədə qərar verilərsə, Şehba bölgəsinin Türkiyənin nəzarətinə verilməsi planı tətbiq edilə bilər.

BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Staffan de Mistura İdlibdəki vəziyyətə dair Türkiyə və Rusiya arasında müzakirənin aparılması üçün vaxt verilməsinin lazım olduğunu vurğulayıb. Mistura əlavə edib ki, Suriya mediasının yaydığı məlumata görə, Dəməşq rejimi İdlib əməliyyatı üçün 10 sentyabrı son tarix olaraq seçib.

Xəbər lenti
0