12:25 15 Dekabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0256
  • EUR1.9314
Süni mayalandırma mərkəzinin əməkdaşı laboratoriyada, arxiv şəkli

Qəribə xəyanətin üstü açıldı

© Sputnik / Mikhail Voskresensky
DÜNYA
Qısa URL
33910

Xəyanəti öyrənən kişi klinikadan 10 min manat təzminat alıb

BAKI, 5 sentyabr — Sputnik. Rusiyada süni mayalanma üçün xəstəxanaya müraciət edən 38 yaşlı qadın inanılmaz xəyanətə imza atıb. O, xəstəxanaya ərinin əvəzinə, sevgilisinin spermasını təqdim edib.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, Yana Anokxina adlı qadın həqiqəti 1 il sonra etiraf edib. Xəyanəti öyrənən kişi klinikanı məhkəməyə verib.

Məlumata görə, süni mayalanmadan sonra cütlüyün bir oğlu dünyaya gəlib. Amma ailə münaqişəsi zamanı qadın ərinə "uşaq səndən deyil" deyib. Bundan sonra qadının əri Maksim Anokxin DNT analizi vermək qərarına gəlib. Analizdən sonra uşağın ondan olmadığını öyrənən kişi, onu aldatmaqda vasitə olan klinikanı məhkəməyə verərək 40 min lirə (təxminən 10 min manat) təzminat ala bilib.

Teqlər:
DNT analizi, süni mayalanma, xəyanət, Rusiya, xəstəxana

Əsas mövzular