İki yüz illik tarix bir anda məhv oldu

© REUTERS / Ricardo MoraesBraziliyanın ən qədim muzeyində yanğın
Braziliyanın ən qədim muzeyində yanğın - Sputnik Azərbaycan
Abunə olmaq
Braziliyanın Rio-de-Janeyro şəhərində yerləşən Milli muzey yanıb

BAKI, 3 sentyabr — Sputnik. Braziliyada dəhşətli hadisə olub. Sputnik Azərbaycan xarici mətbuata istinadən xəbər verir ki, Braziliyanın ən qədim muzeyində yanğın dünən gecədən başlayıb və üç saata yaxın davam edib. Hadisə gecə baş verdiyi üçün ölən və xəsarət alan olmayıb.

Yanğının hansı səbəbdən baş verdiyi hələ məlum deyil. Braziliya prezidenti Mişel Temer sosial şəbəkədə bəyan edib ki, yanğın nəticəsində 200 illik iş, araşdırma və bilik məhv olub: “Bütün braziliyalılar üçün kədərli bir gündür. Tariximizin dəyəri binaya dəyən zərərlə ölçülə bilməz”.

Qeyd edək ki, muzeydə 20 milyondan çox eksponat qorunurdu. O, 1818-ci ildı Portuqaliya kralı VI Juan tərəfindən yaradılıb.

Xəbər lenti
0