Türkiyədə polislə hərbçi arasında atışma olub, ölən və yaralananlar var

© Photo : DHAİstanbulda atışma
İstanbulda atışma - Sputnik Azərbaycan
Abunə olmaq
Hadisə yerinə təcili tibbi yardım briqadası və polis əməkdaşları cəlb edilib

BAKI, 3 sentyabr — Sputnik. İstanbulda küçədə, hələlik naməlum atışma olub. Sputnik Azərbaycan "Haber7"ə istinadla xəbər verir ki, atışma bir polis əməkdaşı ilə həbsxanada nəzarətçi işləyən, gizir rütbəli bir hərbçi arasında baş verib.

Atışma zamanı polis əməkdaşı Süleyman Y. hadisə yerində ölüb, onun yanında olan həyat yoldaşı, həmçinin silahlı insidentin digər iştirakçısı olan hərbçi xəsarət alıb.

Hadisə yerinə təcili tibbi yardım briqadası və polis əməkdaşları cəlb edilib. Yaralılar xəstəxanaya aparılıb. Hadisə yerində araşdırma davam edir.

Xəbər lenti
0