Gizli plan ortaya çıxdı: ABŞ ərəb dövlətlərini vahid konfederasiyada birləşdirmək istəyir

© AFP 2023 / MAHMUD HAMSFələstində ABŞ-ın İsraildəki səfirliyini Qüds (Yerusəlim) şəhərinə köçürməsinə etiraz olaraq kütləvi aksiya
Fələstində ABŞ-ın İsraildəki səfirliyini Qüds (Yerusəlim) şəhərinə köçürməsinə etiraz olaraq kütləvi aksiya - Sputnik Azərbaycan
Abunə olmaq
Mahmud Abbas: "Mən bu təklifi o şərtlə qəbul edərəm ki, İsrail də həmin konfederasiyanın bir parçası olsun"

BAKI, 3 sentyabr — Sputnik. Rəsmi Vaşinqton İsrail ilə Fələstin arasındakı problemləri həll etmək üçün Fələstinə İordaniya ilə birgə konfederasiya yaratmağı təklif edib. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Fələstin dövlətinin başçısı Mahmud Abbas açıqlama verib.

"Ağ Evdən mənə İordaniya ilə Fələstinin konfederasiya şəklində birləşməsi və bu yöndə sülh planı təklif edildi. Amma mən bu təklifi o şərtlə qəbul edərəm ki, İsrail də həmin konfederasiyanın bir parçası olsun" — deyə M.Abbas bildirib.

Qeyd edək ki, ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanımasından sonra bölgədə yenidən qarşıdurmalar baş verib və yüzlərlə fələstinli həyatını itirib. BMT tərəfləri təmkinli olmağa çağırıb və mümkün bir münaqişənin fəlakətə yol aça biləcəyi barədə xəbərdarlıq edib.

Xəbər lenti
0