İmperiyanın nüvə silahı ilə məhvi planı olub - Gizli sənədlər açıqlandı

© Sputnik / РИА Новости / Mediabanka keçidАтомный взрыв
Атомный взрыв - Sputnik Azərbaycan
Abunə olmaq
Amerika rəhbərliyi SSRİ şəhərlərində yaşayan əhalinin 71 faizinin öldürülməsini ehtimal edib

BAKI, 2 sentyabr — Sputnik. Ötən əsrin 60-cı illərində ABŞ hökuməti SSRİ-nin məhv edilməsinə dair plana malik olub.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən bildirir ki, bu barədə Corc Vaşinqton universitetinin nəzdindəki "Milli təhlükəsizlik arxivi" qeyri-hökumət təşkilatının saytı xəbər yayıb.

Təşkilatın dərc etdiyi bir sıra sənədlərə əsasən, ABŞ nüvə zərbəsi endiriləcəyi təqdirdə SSRİ və Çini məhv etmək imkanlarını nəzərdən keçirib.

Amerika rəhbərliyi SSRİ şəhərlərində yaşayan əhalinin 71 faizinin öldürülməsini ehtimal edib.

2015-ci ilin dekabrında ABŞ-ın Milli arxivlər və sənədlər idarəsi 1959-cu il üçün Amerikanın atom bombaları üçün potensial hədəflərin siyahısını dərc etmişdi. Siyahıya keçmiş SSRİ-nin yüzlərlə şəhəri daxil edilmişdi.

Xəbər lenti
0