03:31 14 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0251
  • EUR1.9117
Alman polisi

Azərbaycanlılar da alman irqçiliyinə məruz qaldı

© REUTERS / Fabrizio Bensch
DÜNYA
Qısa URL
555810

Tələbələrdən biri baş verənləri əvvəldən axıradək lentə ala bilib və onu polisə təqdim edib

BAKI, 2 sentyabr — Sputnik. Almaniyada təhsil alan üç azərbaycanlı tələbə Meklenburq-Ön Pomeraniya əyalətinin Rostok şəhərində küçədə hücuma məruz qalıb. DW xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb.

Bildirilir ki, hadisə sentyabrın 1-də baş verib, polis isə bu barədə sentyabrın 2-də məlumat yayıb.

Belə ki, şənbə günü şəhərarası elektrik qatarını gözləyən üç azərbaycanlı gəncə qadınla kişi-ər və arvad  yaxınlaşıb. Onlar irqçi süarlar səsləndirərək, həmyerlilərimizi təhqir ediblər. 

Daha sonra kişi tələbələrdən birinə dəyənəklə zərbə endirib və cütlük hadisə yerini yaxınlaşan qatarla tərk edib.

Rostok polisi araşdırmaya başlayıb və insidentin şahidlərini axtarır.

Digər bir məlumata görə, tələbələrdən biri baş verənləri əvvəldən axıradək lentə ala bilib və onu polisə təqdim edib.

Teqlər:
irqçi, hücum, Almaniya, azərbaycanlı

Əsas mövzular