00:50 21 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0259
  • EUR1.9459
ABŞ prezidenti Donald Tramp

Tramp ərəb dünyasını qızdıracaq qərar verdi

© REUTERS / Kevin Lamarque
DÜNYA
Qısa URL
47601

ABŞ, BMT-nin Fələstinli Qaçqınlara Yardım Agentliyinə maliyyə yardımlarını tamamilə dayandırmaq qərarı alıb

BAKI, 2 sentyabr — Sputnik. ABŞ, BMT-nin Fələstinli Qaçqınlara Yardım Agentliyinə maliyyə yardımlarını tamamilə dayandırmaq qərarı alıb.

Sputnik Azərbaycan "Haber7"ə istinadla xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Hizer Nauert bildirib.

Hizer Nauert bildirib ki, Agentliyə yardımların dayandırılması xüsusilə fələstinli uşaqlara mənfi təsir edəcək və buna görə narahatdır: "Bununla əlaqədar olaraq ABŞ BMT, müvafiq ölkələr ilə yeni modellər və yanaşmalar üzərində çalışacaq"

Qeyd edək ki, bundan öncə ABŞ mediasında Agentliyə verdiyi 365 milyon dollarlıq yardımın 300 milyon dollarını kəsən ABŞ-ın indi də bu yardımları tamamilə dayandırmaq qərarı aldığı irəli sürülmüşdü.

Agentlik BMT Baş Assambleyası tərəfindən 1949-cu ildə İordaniya, Suriya, Livan, Qərbi İordan və Qəzzadakı fələstinli qaçqınlara yardım məqsədilə yaradılıb. Hazırda Fələstin daxilində və xaricində 5,9 milyon fələstinli qaçqın var.

Teqlər:
Hizer Nauert, ABŞ Dövlət Departamenti, Fələstin, yardım

Əsas mövzular