13:27 15 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0254
  • EUR1.9274
Suvarma

Fermerin suvarma üsulu hamını heyran etdi - VİDEO

CC0 / feraugustodesign / Irrigation
DÜNYA
Qısa URL
157020

Fermer rezin boruları şarlara bağlayıb yüzlərlə hektar tarlanı bir dəfəyə sulayıb

BAKI, 2 sentyabr — Sputnik. Çində bir əkinçi tarla suvarmaq üçün maraqlı üsula əl atıb.

Sputnik Azərbaycan "Mynet"ə istinadla xəbər verir ki, əkinçi rezin boruları şarlara bağlayıb yüzlərlə hektar zəmini bir dəfəyə sulayıb.

Fermer əvvəlcə suyu və nasosu yeriyən bir vasitənin üzərinə yerləşdirib. Sonra da rezin boruları böyük şarlarla bağlayıb zəminin üzərində havaya qalxmasını təmin edib.

Hər şeyi hazırladıqdan sonra su nasosunu işə salıb. İri plantasiya bir dəfəyə suvarılıb.

Çinli fermerin bu suvarma üsulu sosial mediada böyük maraq görüb.

Teqlər:
suvarma, tarla, əkinçilik, Çin

Əsas mövzular