"Allahdan və Türkiyədən başqa dostumuz yoxdur" - Ərəblər küçələrə axışdı

© AFP 2023 / Muhammad HAJ KADOURİdlibdə etirazlar
İdlibdə etirazlar - Sputnik Azərbaycan
Abunə olmaq
4 milyon suriyalının yaşadığı şəhərdə cümə namazından sonra keçirilən aksiyalarda Rusiya, ABŞ, Birləşmiş Millətlər, Əsəd və bütün Qərb qüvvələrinə etiraz edilib

BAKI, 1 sentyabr — Sputnik. Həftələrdir dünya gündəmində olan Suriyanın İdlib şəhərində əhali küçələrə çıxıb və "Allahdan və Türkiyədən başqa dostumuz yoxdur" yazılı plakatlar qaldırıblar.

Sputnik Azərbaycan "Timeturk"a istinadla xəbər verir ki, təxminən 4 milyon suriyalının yaşadığı şəhərdə cümə namazından sonra keçirilən aksiyalarda Rusiya, ABŞ, Birləşmiş Millətlər, Əsəd və bütün Qərb qüvvələrinə etiraz edilib.

Azad Suriya Ordusu və Türkiyə bayraqları ilə meydanları dolduran on minlərlə dinc əhali "Allahdan və Türkiyədən başqa dostumuz yoxdur" mesajını verib. Bölgə xalqının haqlı etirazlarına digər bölgələrdən də dəstək gəlib.

Suriya sülh danışıqları, arxiv şəkli - Sputnik Azərbaycan
Suriya tamamilə dəyişəcək: Üç dövlət yeni prosesə başlayır

Suriya vətəndaş müharibəsi zamanı baş verən qətliamları pisləyən idliblilər Əsədin zindanlarında saxlanılan vətəndaşların buraxılması çağırışı edib. Etirazçılar əllərində "Allahdan və Türklərdən başqa dostumuz yoxdur", "Əsəd və milisləri terrorçu mənbəyi, Türkiyə isə sülh mənbəyidir", "Gerçək terrorçu Əsəd rejimidir", "Biz inqilaba hələ də sadiqik", "İşimiz birdir, qərarımız birdir" yazılı plakatlar tutublar.

Qeyd edək ki, Suriyanın Türkiyə ilə sərhəd bölgəsində hərbi əməliyyatın başlaması gözlənilərkən, BMT dünyanın diqqətini Suriyanın İdlib bölgəsinə çəkməyə çalışır. BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin rəhbəri Con Ginq Təhlükəsizlik Şurasına İdlibdə artan gərginliyin daha əvvəl görülməmiş fövqəladə vəziyyət yarada və insanlıq dramı yaşana biləcəyi xəbərdarlığı edib. O, İdlibdə böhranın aradan qalxması üçün BMT Təhlükəsizlik Şurasının müdaxiləsini həlledici hesab edib.

Xəbər lenti
0