10:11 25 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
4897 0 0

Hadisə zamanı 18 nəfər yaralanıb. Onların arasında 3 uşaq da olub.

BAKI, 1 sentyabr — Sputnik. Rusiyanın populyar kurort şəhəri olan Soçidə "Boeing 737" sərnişin təyyarəsi qəzaya uğrayıb. Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, təyyarə hava limanına enəndən sonra uçuş xəttində çıxıb və alışıb.

Təyyarə Moskvadan Soçiyə uçurmuş. "Boeing" yerə enəndən sonra eniş xəttindən çıxıb və Mzımta çayına yuvarlanıb. Bu zaman təyyarənin təkəri və qanadı dağılıb, sol mühərriki yanmağa başlayıb.

Hadisə zamanı təyyarədə 164 sərnişin və 6 ekipaj üzvü olub.

Olaydan dərhal sonra hadisə yerinə yanğınsöndürmə briqadaları və təcili yadım maşınları cəlb edilib. Alov az müddət ram olunub, sərnişinlər evakuasiya edilib. Hadisə zamanı 18 nəfər yaralanıb. Onların arasında 3 uşaq da olub.

Olay qurbansız ötüşməyib. Təyyarədəki sərnişinlərin evakuasiyası zamanı hava limanının 1 əməkdaşı ölüb. O, ürək tutmasından keçinib.

 

Teqlər:
ölüm, yanğın, qəza, təyyarə, Boeing 737, Soçi, Rusiya

Əsas mövzular