Türkiyədə böyük həyəcan yaşanır, daha 4 milyon suriyalı qapıya dayanıb

© REUTERS / Osman Orsal/File PhotoSuriye'nin İdlib vilayetinin Atameh kasabasını Türkiye sınırından bir duvar ayırıyor.
Suriye'nin İdlib vilayetinin Atameh kasabasını Türkiye sınırından bir duvar ayırıyor. - Sputnik Azərbaycan
Abunə olmaq
Ölkənin müvafiq qurumları mümkün köç dalğasına qarşı fəaliyyətə başlayıb

BAKI, 31 avqust — Sputnik. Dünyanın son günlər yaxından təqib etdiyi Əsəd rejiminin İdlibə qarşı mümkün hərbi əməliyyatı gözləntisi Türkiyədə həyəcana səbəb olub. Sputnik Azərbaycan "Haberturk"a istinadla xəbər verir ki, müxaliflərin son qalası olaraq bilinən İdlibə qarşı rejimin mümkün əməliyyatının qarşısının alınması üçün diplomatik danışıqlar davam edir. Amma bölgədə gərginlik hər gün artır.

Rusiyalı jurnalist Hələb ətrafında Suriya ordusunun keçirdiyi hərbi əməliyyatı iştirakçısı olub - Sputnik Azərbaycan
Bölgəmizdə böyük fəlakətə hazırlıq gedir, ortada ABŞ-Suriya danışıqları iddiası da var

İdlibi nəzarət altında saxlayan silahlı qruplar şəhərin ətrafına xəndəklər qazırlar. İdlibdə əməliyyat keçirilsə, 4 milyona yaxın suriyalının sığınmaq istəyəcəyi ünvan Türkiyə olacaq. Ona görə də Türkiyə məsələnin diplomatik yolla həllinə çalışır.

Qarşıdurma vəziyyətində mülki əhali Türkiyə ilə sərhəddə yönələ bilər. Məqsəd ilk mərhələdə suriyalı mülki əhalinin Türkiyə sərhəddinə yaxın nöqtədə, Suriya tərəfindəki Atma düşərgəsində və ətrafında saxlanılmasıdır.

Suriyanın İdlib şəhəri Türkiyənin Hatay vilayətinin qarşısında yerləşir. İdlibin əhalisi Suriyanın digər yerlərindən buraya sığınanlarla birlikdə 4 milyona çatıb. Qarşıdurma vəziyyətində İdlibdə yaşayan 4 milyona yaxın suriyalının Türkiyə sərhəddinə gəlməsi qaçılmaz görünür.

Türkiyənin müvafiq qurumları mümkün köç dalğasına qarşı fəaliyyətə başlayıb. Türkiyə bu səbəbdən rejimin İdlib əməliyyatına qarşı çıxır.

Bu arada, BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Staffan de Mistura İdlibdə qarşıdurmanın qarşısının alınması üçün Astana prosesinin təminatçıları olan Türkiyə, Rusiya və İrana daha çox vaxt verilməsi çağırışı edib.

Türkiyə prezident Rəcəb Tayyib Ərdoğan Suriya danışıqları üçün üçtərəfli zirvə çərçivəsində 7 sentyabrda İrana gedəcək. Zirvəyə Türkiyə, İran və Rusiya prezidentləri qatılacaq.

Xəbər lenti
0