On minlərlə balıq suda istidən bişdi

© AP Photo / Noah BergerKaliforniyada meşə yanğınları
Kaliforniyada meşə yanğınları - Sputnik Azərbaycan
Abunə olmaq
2012-ci ildə Krımsk şəhərində daşqın və 2010-cu ildə Rusiyada yay istiliyi canlı nümunəsidir

BAKI, 31 avqust — Sputnik. Kaliforniya sahillərində minlərlə balıq anomal istilərə görə "bişib". Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, Körfəzdə və Malibu çayında suyun temperaturu, təxminən 28 C-yə çatıb.

"Əslində bu, xatırladığım bu cür baş verən ən böyük hadisədir. İstilik 28 C-yə çatıb. Buna isə kefal və digər balıqlar dözə bilməz" – deyə Kaliforniya Milli Parklar və Turizm İdarəsinin ekoloqu Qreyq Sap bildirib.

Qlobal istiləşmənin nəticələrindən biri, qışda anormal istilik və ya yayda soyuq, həftəlik güclü yağışlar və ya quraqlıq dövrü kimi adlandırılan "ekstremal hava hadisələri"dir. 2012-ci ildə Krımsk şəhərində daşqın və 2010-cu ildə Rusiyada yay istiliyi buna canlı nümunədir.

Alimlər gələcəkdə qlobal istiləşmənin daha da inkişaf edəcəyinə inanırlar. Belə olarsa, bu cür hadisələr tez-tez baş verəcək və daha geniş əraziləri əhatə edəcək. Bu da ölümün kəskin artmasına səbəb olacaq. Yayda hər əlavə istilik dərəcəsi ölümü 5 faiz artırır.

Xəbər lenti
0