03:10 27 İyun 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0272
  • EUR1.9396
Cenifer Lourens

Məşhurların intim şəkillərini oğurlayana 10 ay həbs verildi

© AFP 2019 / ANGELA WEISS
DÜNYA
Qısa URL
137 0 0

Əvvəlcə məhkəmə Qarofano 10-16 ay azadlıqdan məhrum etmək istəyib.

BAKI, 30 avqust — Sputnik. Cenifer Lourensin intim şəkillərini oğurlayan haker azadlıqdan məhrum edilib. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, ABŞ-ın Konnektikut ştatının məhkəməsi 26 yaşlı Corc Qarofanonu azadlıqdan məhrum edib.

Məlumata görə, o 2014-cü ildə Cenifer Lourens, Keyt Apton, Kirsten Danst və Meri Yelizabet Uinstedin intim şəkillərinin geniş şəkildə sızıdılrmasının təşkilatçılarından olub.

Əvvəlcə məhkəmə Qarofano 10-16 ay azadlıqdan məhrum etmək istəyib.

Ancaq hakerın müdafiəçisi, şübhəlinin əməlin nəticələrindən "artıq ciddi şəkildə əziyyət çəkdiyini" deyərək cəzanı azaldılmasını istəyib. Sonda o 8 ay müddətinə azadlıqdan məhrum edilib. Ancaq o bundan sonra 3 il də nəzarətdə olacaq.

Qeyd edək ki, Qarofano 240 nəfərin şəkil və videolarının oğurlanmasında iştirak edib. Aprel ayında o etriraf edib ki, qurbanlarına saxta məktub göndərərək onların iCLoud və Gmail-də hesablarını təsdiq etməsini istəyib. Ancaq göndərilən link qeyd edilən saytlara deyil, şəxslərin məlumatlarının əldə edilməsinə yardım edib. Qarofonun 3 tərəfdaşı 9-18 aya qədər azadlıqdan məhrum edilib.

Əsas mövzular